Bank Of Baku

Rustavidə gənc azərbaycanlı şair və yazıçıların poeziya gecəsi keçiriləcək

Rustavidə gənc azərbaycanlı şair və yazıçıların poeziya gecəsi keçiriləcək
# 13 aprel 2010 18:55 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Sabah Rustavi şəhərində gənc azərbaycanlı şair və yazıçılarının poeziya gecəsi keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna xəbəri Gürcüstan reinteqrasiya nazirliyinin müşaviri Savalan Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Gürcüstan reinteqrasiya nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. “Tədbirdə Kvemo-Kartli (Borçalı) bölgəsində yaşayan və ədəbi-bədii yaradıcılıqla məşğul olan 20 yaşdan 35 yaşa qədər gənclər iştirak edəcək.

Ədəbi-bədii gecədə şeirlər səslənəcək və gənclərin əsərləri gələcəkdə gürcü və Azərbaycan dillərində kitab və yaxud jurnal şəkilində nəşr olunacaq. İstəyimiz odur ki, bizim gənc şair və yazıçılarımız gürcü cəmiyyətində tanınsın”.

APA-nın məlumatına görə, gecədə eyni zamanda görkəmli gürcü şair və yazıçılarından Laşa Buğadze, Rati Amağlobeli, Paata Şamuqiya və David Turaşvili iştirak edəcəklər. Tədbir “Tamada” şadlıq Sarayında təşkil olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR