Bank Of Baku

Musiqili Komediya Teatrında “Amerikalı kürəkən” tamaşası səhnələşdirilir

Musiqili Komediya Teatrında “Amerikalı kürəkən” tamaşası səhnələşdirilir
# 15 aprel 2010 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq artisti İlham Namiq Kamalın rejissorluğu ilə Marat Haqverdiyevin “Amerikalı kürəkən” əsəri səhnləşdirilir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda ciddi məşqləri gedən tamaşada əməkdar artist Xanım Qafarova ana obrazını ifa edəcək, Ramil Qasımov isə ingilis dili müəllimi rolunu oynayacaq. Aktyor yaratdığı obrazın xarakterinə uyğun olaraq səhnədə çox vaxt ingilis dilində danışmaq məcburiyyəti ilə üzləşdiyi üçün ingilis dili dərsləri almalı olub.

Çingiz Əhmədov, Gültac Həsənova, Əkbər Əlizadə, Səmədzadə Xasıyev, Afaq Abbasova da tamaşada rol alıblar. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu rəssamı Nabat Səmədovadır. Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova və Arif Quliyev də tamaşada çıxış edirlər.

İlham Namiq Kamal 2005-ci ildən bu teatrda çalışdığını və müxtəlif tamaşalarda baş rollar oynadığını xatırladıb: “İlk dəfə məhz bu teatrda rejissor kimi bacarığımı və istedadımı sübut etməyə təşəbbüs göstərmişəm və şadam ki, belə böyük bir teatrda mənim də zəhmətimə layiqli qiymət veriblər. Yazıçı Aqşin Babayevin və bəstəkar Oqtay Rəcəbovun “Şeytanın yubileyi” adlı əsəri tamaşaçılar və teatr tənqidçiləri tərəfindən maraqla qarşılandı. Rejissoru olduğum bu tamaşada həm də əsas rollardan birini ifa edirdim ki, bu da mənim məsuliyyətimi birə beş artırırdı. Ancaq mən özümdə bu cəsarəti tapdım və yenidən bu teatrın səhnəsində öz rejissor dəsti-xəttimi göstərmək istədim. Bu dəfə bəstəkar Ramiz Mirişli ilə bərabər işləyirik. Yazıçı-dramaturq Marat Haqverdiyevin “Amerikalı kürəkən” musiqili komediyasına müraciət etmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR