Bank Of Baku

Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib

Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirilib
# 16 aprel 2010 17:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 16-da Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. APA-nın məlumatına görə, öz yubiley tədbirində səhnəyə çıxan Zəlimxan Yaqub ürək sözlərini tamaşaçılarla bölüşüb: “Çox qürur və iftixar duyuram ki, bu gün Heydər Əliyevin adını daşıyan bu sarayda mənim yubileyim qeyd olunur. Bu gün Azərbaycanın mədəniyyətinə, incəsənətinə yiyə durulur. Çox çətinliklərdən sonra məhz son illərdə saza, sözə qayıtmışıq. Xoşbəxtəm ki, 12 ildən sonra yenidən bu sarayda xalqıma hesabat verirəm. Mən üç dəfə ölümdən qayıtdım və bu gün sizlərin qarşısındayam”.

Yubilyar bütün iştirakçıları, eləcə də Türkiyə, İran, Qırğızıstan, Gürcüstan və digər ölkələrdən onun yubileyinə gələn qonaqlara təşəkkürünü bildirib. Daha sonra “Zəlimxan Yaqub - 60” adlı sənədli filmi nümayiş olunub. Mərasim çıxışlar və musiqili proqramla davam etdirilib.

Yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri Hadı Rəcəbli, Nizami Cəfərov, Qənirə Paşayeva, Bakı Metropolitenin rəisi Tağı Əhmədov və digər dövlət rəsmiləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR