Bank Of Baku

İranın irşad və mədəniyyət naziri: “İranla Azərbaycan dedektiv janrında müştərək filmin çəkilişlərinə başlayır”

İranın irşad və mədəniyyət naziri: “İranla Azərbaycan dedektiv janrında müştərək filmin çəkilişlərinə başlayır”
# 18 aprel 2010 12:48 (UTC +04:00)
O bildirib ki, İran xalqı İslam İnqilabından sonra bir çox nailiyyətlər əldə edib: “Bizim müxtəlif ölkələrlə eləcə də qonşularla mədəni əlaqələrimiz arzu olunan qədər deyil. Xüsusilə Azərbaycanla mədəni və turisti əlaqələrinin qarşılıqlı olaraq daha da inkişaf etməsinə imkan var”.

M Hüseyni yaxın vaxtlarda Tehranda Azərbaycan günlərinin keçiriləcəyini də deyib: “Bu çox yaxşı haldır. Xüsusən bu ərəfədə Azərbaycanın mədəniyyət və turizm nazirinin İrana səfəri, mədəniyyət sahəsində müxtəlif görüşlərin keçirlməsi əlaqələrin genişlənməsinin göstəricisidir”.

Nazir bildirib ki, İran və Azərbaycanın müştərək filimlər çəkməsi məsələsinə də mütəmadi baxılır: “ Bir neçə birgə iş var. Hazırda dedektiv janrda bir filmin çəkilişləri başlamaq üzrədir. İran film və tele-serial çəkilişində həmişə Azərbaycan kinomotoqrafçılarının yanındadır”.

M Hüseyni ABŞ-ın İran əleyhinə çəkdiyi filmlərlə bağlı etirazını da səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR