Bank Of Baku

Ədalət Vəliyev: “Azərbaycanın tarixi abidələrinin yeni siyahıya alınması prosesi bu ilin sonunadək başa çatacaq”

Ədalət Vəliyev: “Azərbaycanın tarixi abidələrinin yeni siyahıya alınması prosesi bu ilin sonunadək başa çatacaq”
# 19 aprel 2010 09:03 (UTC +04:00)
Nazir müavini bildirib ki, bu siyahının hazırlanması prosesi əsasən yeni tapılmış, kəşf olunmuş tarixi abidələrlə əlaqədardır: “Azərbaycanda abidələrin sonuncu siyahıya alınması ilə bağlı 2001-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya alınmaya 6543 tarixi tarixi abidə daxildir. Dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələrə bağlı da təsnifat aparılıb. Lakin iki il əvvəl ölkə başçısının yenidən tarixi abidələrlə bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində olan tarixi abidələrin yeni siyahıya alınması, daha doğrusu sonralar və bu gün də tapılmış, kəşf olunmuş tarixi abidələrin siyahıya alınması prosesinə başlanılıb. Güman edirəm ki, ilin sonunadək bu proses artıq başa çatacaq”. Ə. Vəliyev eləcə də tarixi abidələrin pasportlaşdırmasının qısa zaman kəsiyində mümkünsüzlüyünü diqqətə çatdırıb: “Abidələrin pasportlaşdırılması ilə bağlı isə onu deyə bilərəm ki, 6500 tarixi abidənin qısa zaman kəsiyində pasportlaşdırılması mümkünsüz bir prosesdir. Əvvəla, bunun maliyyə xərcləri həddən artıq çoxdur. Digər bir tərəfdən isə buna zaman lazımdır. Ancaq bu istiqamətdə təbii ki, proses və işlər gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR