Bank Of Baku

“Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda respublika konfransı keçirilib

“Tarix  və  mədəniyyət   abidələrinin  qorunması” mövzusunda respublika konfransı keçirilib
# 19 aprel 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində 18 aprel Abidələr və “Tarixi Yerlər Beynəlxalq günü” münasibəti ilə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda respublika konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, 1983-cü ildən başlayaraq dünyada və eləcə də Azərbaycanda “Tarixi Yerlər Beynəlxalq günü” qeyd olunur: “Ölkə başçısının 2009-cu ildə imzaladığı qanunla Avropa memarlıq abidələrinin qorunması haqqında konvensiyaya Azərbaycan da qoşuldu və bu il biz bu gün qeyd edirik. Hazırda işğal olunmuş ərazilərimizdə qalan tarixi və mədəni abidələr qorunmur, vəhşicəsinə dağıdılır. Bu hal isə bizim hər birimizi çox məyus edir”.

Nazir müavini qeyd edib ki, son dövrlərdə Azərbaycanda 1000-ə yaxın yeni tarixi abidə aşkarlanıb. Hazırda isə Arxeologiya İnstitutu tərəfindən həmin abidələr araşdırılır və tarixi abidə kimi qeydiyyata alınması işləri aparılır.

Ə. Vəliyev son illərdə Azərbaycan ərazisindəki qoruqların bir neçəsinin bərpa olunduğunu da diqqətə çatdırıb. Nazir müavini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan 2010-2015-ci illərdə qoruqların maddi texniki bazasının gücləndirilməsi ilə bağlı Dövlət Proqramının layihəsinin yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacağını deyib.

Konfransda çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin əməkdaşı Təranə Qəmbərova və başqaları tarixi abidələrin qorunması, öyrənilməsi, siyahıya alınması, qoruqların idarə olunması və digər məsələlərlə bağlı fikirlər səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR