Bank Of Baku

Azərbaycanın Sualtı mədəni irsin qorunması üzrə YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalar aparılır

Azərbaycanın Sualtı mədəni irsin qorunması üzrə YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalar aparılır
# 19 aprel 2010 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan ərazisində sualtı arxeoloji tədqiqatlar nəticəsində bir sıra sualtı abidələr aşkar olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunlar Bakı buxtasında Bayıl qəsri, Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, Gürgan burnu yaxınlığında Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqlarıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişinə əsasən Azərbaycanın zəngin sualtı mədəni irsə malik olması, onun effektiv mühafizəsi zərurətini nəzərə alaraq, Azərbaycanın Sualtı Mədəni irsin Qorunması üzrə YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR