Prezident İlham Əliyev Bakının “Nizami” kinoteatrında, Fəvvarələr bağında həyata keçirilən təmir, yenidənqurma və abadlıq işləri ilə tanış olub
APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə “Nizami” kinoteatrının binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə son illər paytaxtda və regionlarda tarixi binaların, maddi mədəniyyət abidələrinin təmiri və əsaslı şəkildə yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Nizami” kinoteatrının binasında həyata keçirilən əsaslı yenidənqurma işləri də bu silsilə tədbirlərin davamıdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verərək bildirib ki, fəaliyyətə başlamasından ötən 76 ildə kinoteatrda bir dəfə də olsun əsaslı təmir işləri aparılmamış, su və kanalizasiya xətlərinin nasazlığı nəticəsində binanın özülü yararsız hala düşüb. Ona görə də ilk növbədə binanın yükdaşıyan konstruksiyaları gücləndirilmiş, sonra isə müvafiq bərpa və yenidənqurma işlərinə başlanıb.
Onun sözlərinə görə, yeni layihəyə əsasən kinoteatrın binasında dörd zalın inşası nəzərdə tutulub. Avropa standartlarına cavab verən kinoteatrda akustika, filmlərin nümayişi, səs və işıq sistemləri ən müasir standartlar səviyyəsində olacaq. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə milli və Avropa mətbəxini özündə cəmləşdirən 250 nəfərlik restoranın və inzibati otaqların yaradılması nəzərdə tutulub.
Binanın zirzəmisi olmadığından havalandırma sistemləri müxtəlif mərtəbələrin daxilində yerləşdirilib.
Qeyd olunub ki, layihədə kompleksdə yanğınsöndürmə, xəbərvermə, videomüşahidə, tüstüsovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması üçün mühafizə-siqnalizasiya yolları haqqında səsli xəbərvermə, eləcə də yanğınsöndürmə üçün 450 kubmetrlik su anbarının tikintisi nəzərdə tutulub.
Layihədə, eyni zamanda, sərnişin və yük liftlərinin, yükqaldıran mexanizmlərin və sistemlərin quraşdırılmasının da nəzərə alındığı qeyd edildi. Yeni layihəyə əsasən kinoteatrda, həmçinin elektrik təchizatı məqsədilə 1600 kilovatlıq iki transformator məntəqəsi yaradılacaq və dizel generatoru quraşdırılacaq.
Məlumat verildi ki, daxili dizayn işlərində ən müasir üsullardan istifadə olunacaqdır. Əsaslı təmir və yenidənqurma işlərinin 2010-cu ilin sonlarında başa çatacağı nəzərdə tutulub.
Bərpa işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı yenidənqurma tədbirlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəvvarələr bağında görülən abadlıq işləri ilə də tanış olublar.
Dövlətimizin başçısına bildirilib ki, bağda yenidənqurma tədbirləri artıq tamamlanmaq üzrədir. Fəvvarələr bağındakı meydançaların və fəvvarələrin bəziləri artıq hazırdır, bəzilərində isə yenidənqurma işləri tezliklə başa çatdırılacaq. Paytaxtın bu istirahət guşəsində işıq dirəkləri tam quraşdırılmış, oturacaqlar hazır vəziyyətdədir. Bağda yaşıllaşdırma tədbirlərinin davam etdiriləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı bildirilib.
Qeyd olunub ki, Fəvvarələr bağının ətrafındakı yaşayış binalarının fasadlarında aparılan abadlıq işləri də tamamlanmaq üzrədir. Bağda abadlıq işlərinin yaxın vaxtlarda başa çatacağı və bu istirahət guşəsinin paytaxt sakinlərinin istifadəsinə veriləcəyi vurğulanıb.
Prezident İlham Əliyev yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Mədəniyyət siyasəti
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Xəbər Lenti
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO