Bank Of Baku

Əbüfləs Qarayev 27 regionun mədəniyyət şöbəsinin müdirləri ilə görüş keçirib – FOTO

Əbüfləs Qarayev 27 regionun mədəniyyət şöbəsinin müdirləri ilə görüş keçirib – <font color=red>FOTO</font>
# 21 aprel 2010 09:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 10 günlük mədəniyyət təkmilləşdirmə kurslarının yekunu ilə bağlı görüş keçirib. APA-nın məlumatına görə, görüşdə bu kurslarda iştirak edən rayon və şəhər mədəniyyət şöbələrinin müdirləri iştirak ediblər. Görüşdə keçirilən kurslar haqqında mədəniyyət və turizm nazirini respublika mədəniyyət müəssisələri işçilərinin hazırlıq və ixtisas artırma mərkəzinin direktoru Ramazan Şabanov məlumatlandırıb. R. Şabanov gündəlik olaraq bir neçə saat ərzində şöbə müdirlərinin bu kurslarda iştirak etdiyini qeyd edib. Kurslarının saatının azlığından narazılığını dilə gətirən nazir Əbülfəs Qarayev seminarların saatlarının artırılması təklifini irəli sürüb: “Bu kurs artıq yekunlaşdı, ancaq növbəti kurslarda proqram daha mükəmməl formada təşkil olunmalıdır”.

Nazir eləcə də yerlərdə göstərilən xidmətlərin səviyyəsindən də narazı olduğunu diqqətə çatdırıb: “Bu problemlərin həlli üçün biz 6 rayonda pilot layihələri həyata keçirilmək niyyətindəyik. Musiqi məktəblərində, digər mədəniyyət ocaqlarında vaxtaşırı mədəni tədbirlərin təşkili vacibdir. Regionlarda mədəniyyət şöbələri hətta kinoların göstərişini də həyata keçirmir. Ancaq gözləyirsiniz ki, həmin binalar təmir olunsun, o binalar təmir olunmayacaq. Əgər siz həmin yerlərdə kinoların nümayişini təşkil etməsəniz, kimsə gəlib oranı özəlləşdirək və orada kino nümayişini təşkil edib kommersiya məqsədi ilə istifadə edəcək. Bunun üçün bir az daha çox bu işə aludə olmaq lazımdır”.

Nazir bildirib ki, növbəti təkmilləşmə kursları rəsm qalereyalarının işçiləri üçün həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR