Bank Of Baku

Vatikanın mədəniyyət naziri Azərbaycana səfərə gələcək

Vatikanın mədəniyyət naziri Azərbaycana səfərə gələcək
# 21 aprel 2010 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Vatikanla mədəniyyətin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bu günlərdə Vatikandan səfərdən qayıdan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, səfər zamanı Vatikanda üç görüş keçirilib. Görüşlərdən birində Vatikanla Azərbaycanın informasiya və kitab mübadiləsinə dair təkliflər irəli sürülüb: “Bu görüşün nəticəsi olaraq yaxın vaxtlarda Azərbaycanın Milli Kitabxanası ilə Vatikan Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq sahəsində müqavilənin imzalanması nəzərdə tutulur. Vatikan kitabxanası dünyanın ən zəngin kitabxanalarından biridir. O kitabxanada toplanan sənədlər arasında bizim də alimlərə, tələbələrə, tədqiqatçılara Azərbaycanla bağlı tədqiqatların aparılmasına icazə veriləcək”.

Nazir səfər zamanı Vatikanlı həmkarı ilə görüşdüyünü deyib. Ə. Qarayev qeyd edib ki, bu görüşün nəticəsində isə Vatikanın mədəniyyət naziri bu ilin iyununda Azərbaycana ilk səfərə gələcəyini bəyan edib. Vatikanlı nazirin Azərbaycana səfəri zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlıq sahəsində də sənədin imzalanması nəzərə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR