Bank Of Baku

Rusiya və Gürcüstan mütəxəssisləri Azərbaycanın Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları üçün təlimlər keçəcək

Rusiya və Gürcüstan mütəxəssisləri Azərbaycanın Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları üçün təlimlər keçəcək
# 22 aprel 2010 07:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin mütəxəssisləri Azərbaycanın Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün beynəlxalq təlimlər keçəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu layihə Azərbaycanın Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrası ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən həyata keçiriləcək. Belə ki, təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini N. Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru N. Çikovani Azərbaycana dəvət olunublar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında 22-23 aprel tarixlərində keçiriləcək. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə digər bir sıra aktual məsələlərə dair öz dəyərli məsləhətlərini verəcəklər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR