Bank Of Baku

Sərdar Fərəcov: “Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operasının partiturası pis vəziyyətdədir”

Sərdar Fərəcov: “Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operasının partiturası pis vəziyyətdədir”
# 22 aprel 2010 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbirlər müzakirə edilib. İttifaqın sədri Firəngiz Əlizadə bildirib ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Üzeyir dünyası” layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli xatirələrdə” kitabı, “Koroğlu”, “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının partiturasının hazırlanmasında Bəstəkarlar İttifaqı mühüm rol oynayıb.

Əməkdar incəsənət xadimi Sərdar Fərəcov isə problemlərdən söz açıb: “Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operasının partiturası pis vəziyyətdədir. Nə qədər ki, həmin operanı bilənlər sağdır, onu yenidən tərtib etmək lazımdır”.

Əməkdar incəsənət xadimi Rauf Əliyev aprelin 5-dən 12-dək Ukraynanın paytaxtı Kiyev şəhərində “Mövsümün musiqi premyeraları” festivalının 20 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər barədə, ittifaqın katibi Ramiz Zöhrabov isə 2010-cu ilin II rübü üçün nəzərdə tutulan tədbirlər planı barədə iclas iştirakçılarına məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR