Bank Of Baku

Bakı və Şəkidə TÜRKSOY-un Qeyri-maddi mədəni irsin qorunmasına dair III seminarı keçiriləcək

Bakı və Şəkidə TÜRKSOY-un Qeyri-maddi mədəni irsin qorunmasına dair III seminarı keçiriləcək
# 23 aprel 2010 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 27-29 aprel tarixlərində Bakı və Şəkidə TÜRKSOY-un Qeyri-maddi mədəni irsin qorunmasına dair III seminarı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, seminar aprelin 27-də Muzey Mərkəzində başlanacaq. Nazirliyin təşkilati dəstəyi ilə həyata keçiriləcək “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda III Beynəlxalq seminarın təntənəli açılışında TÜRKSOY-un məsul işçilərinin, Türkiyədən, Qazaxıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən mütəxəssislərin iştirakı nəzərdə tutulur. Seminarın ilk günü “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri” mövzusunda məruzə dinlənəcək. Günün ikinci yarısında iştirakçıların 2010-cu il üçün Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunan Şəkiyə yola düşməsi və seminarın işinin aprelin 28-də Şəki şəhərində davam etdirməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR