Bank Of Baku

Hacı Məmmədovun 90 illik yubileyi keçirilib

Hacı Məmmədovun 90 illik yubileyi keçirilib
# 24 aprel 2010 08:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, xalq artisti Hacı Məmmədovun (1920-1961) 90 illik yubileyinə həsr olunmuş gecə keçirilib. APA-nın məlumatına görə, tanınmış incəsənət xadimləri və ziyalıların qatıldığı tədbirdə əvvəlcə tarzənin həyat və yaradıcılığı haqqında film-rolik nümayiş olunub. Sonra Hacı Məmmədovun yaxınları və tələbələri çıxış ediblər.

Tədbirdə tarzənin ifasında vaxtilə səslənən muğamlardan parçalar səsləndirilib. Muğam Mərkəzinin foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, ustad tarzənin yaradıcılığına həsr olunmuş sərgi də təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR