Bank Of Baku

Dövlət Mahnı Teatrında faşistlər üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Dövlət Mahnı Teatrında faşistlər üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək
# 26 aprel 2010 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə faşistlər üzərində qələbənin 65 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 29-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə 1941-1945-ci illər müharibəsi veteranlarının, arxa cəbhə zəhmətkeşlərinin çıxışı və bədii hissənin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, tədbir Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın icrası çərçivəsində təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR