Bank Of Baku

“Azərbaycanın kitab abidələri” adlı elektron nəşr hazırlanıb - FOTO

“Azərbaycanın kitab abidələri” adlı elektron nəşr hazırlanıb - <font color=red>FOTO</font>
# 26 aprel 2010 16:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ölkə başçısı “Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə fərman imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların aşkar edilməsi işinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir və qiymətli nəşrlər (Kitab abidələri) Azərbaycan Respublikasının milli – mədəni sərvətlər reyestrinə daxil edilib. Toplanmış materiallar əsasında respublikada mövcud unikal və nadir nüsxəli kitablar, xüsusi əhəmiyyətli çap sənədləri, nadir kitablar, əlyazmalar, qəzetlər, jurnallar, diyarşünaslığa aid nəşrlər, xəritələr, açıqcalar, poçt markaları, notlar, müəlliflərin sağlığında nəşr edilmiş əsərləri, görkəmli şəxslərin avtoqraf yazdıqları kitablar haqqında məlumatları əks etdirən “Azərbaycanın Kitab abidələri” adlı elektron nəşri hazırlanıb.
Oxuculara təqdim olunan CD-nin I buraxılışına respublikanın ən önəmli kitabxana və muzeylərində mühafizə edilən nadir və unikal kitablar, eləcə də digər nəşrlər daxil edilib. CD-də müxtəlif müəssisələrdə saxlanılan kitab abidələrinin fotokolleksiyası da istifadəçilərə təqdim olunur. “Azərbaycanın kitab abidələri” adlı elektron nəşrdə respublikada saxlanılan ən qədim kitablar da müəyyən edilib. CD-nin I buraxılışında Azərbaycanda ən qədim kitab abidələri hesab edilən Prezident Kitabxanasında saxlanılan 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, Axundov adına Milli Kitabxanasında saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” kitabları haqqında məlumat istifadəçilərə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR