Bank Of Baku

Küveytin İslam Abidələri Muzeyinin nümayəndə heyəti Şəkiyə səfər edib

Küveytin İslam Abidələri Muzeyinin nümayəndə heyəti Şəkiyə səfər edib
# 27 aprel 2010 08:23 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Küveytin İslam Abidələri Muzeyi – “Dar-al Athar İslamiyyə”nin nümayəndə heyəti Azərbaycanın Şəki şəhərinə səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti Aparatından məlumat verilib. Məlumata görə, səfər Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə baş tutub. Şəkiyə iki günlük səfəri çərçivəsində Küveytli qonaqlar rayonun ərazisində yerləşən tarixi-memerlıq abidələri, muzeyləri və xalq sənətləri ilə yaxından tanış olublar.
Səfər proqramına uyğun olaraq qonaqlar əvvəlcə “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində(ASC) istehsal prosesi ilə yaxından tanış olub, müəssisədə istehsal edilmiş təbii ipək xalçalar, kəlağayı və şərflər ilə yaxından maraqlanıblar.
Daha sonra Küveytli qonaqlar Şəki Tarix və Memarlıq qoruğunun ərazisindəki Şəki Xan sarayı, Yuxarı Karvansara və qoruğun ərazindəki “Sənətkarlar evi” ilə tanış olublar. Qonaqlara qoruğun ərazisindəki tarixi tikililər barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR