Bank Of Baku

YUNESKO qərargahında Bakıda təşkil edilməsi nəzərdə tutulan “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” İşçi Qrupunun iclası keçiriləcək

YUNESKO qərargahında Bakıda təşkil edilməsi nəzərdə tutulan “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” İşçi Qrupunun iclası keçiriləcək
# 28 aprel 2010 08:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 2011-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” İşçi Qrupunun 2010-cu ilin 3 may tarixində Fransanın Paris şəhərində YUNESKO qərargahında 2-ci iclası keçiriləcək. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Paris şəhərinə səfər edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycanın YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcək. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi, dəvət ediləcək qonaqların siyahısının tərtibi və müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr və təşəbbüslər kimi məsələlər barədə müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR