Bank Of Baku

Özbəkistanda Azərbaycan Kino Həftəsi keçirilib – FOTO

Özbəkistanda Azərbaycan Kino Həftəsi keçirilib – <font color=red>FOTO </font>
# 29 aprel 2010 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Özbəkistanda Azərbaycan kinosu həftəsi keçirilib. Kino həftəsində Azərbaycanı xalq artisti Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir Kərimov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə təmsil ediblər. APA-nın məlumatına görə, kino həftəsinin açılışı 500 nəfərlik Əlişir Nəvai adına Kino Sarayında baş tutub. Açılışda “Özbəkkino” Milli Agentliyinin rəhbərliyi, dövlət xadimləri, kino sənətkarları, yaradıcı ziyalılar, şəhər ictimaiyyəti və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Həftə boyunca Özbəkistanın 4 kinoteatrında “Hökmdarın taleyi”, “Məhkumlar”, “Niyyət” filmləri, iki sənədli film – “Azərbaycan motivləri”, “İz...Qala”, iki qısametrajlı film – “Bir addım”, “Düyün” və iki cizgi filmi – “Mərhəmətin dadı” və “Nuş olsun” nümayiş olunub. Eyni zamanda “İki xalqın oğlu” başlığı altında kino və teatr rəssamı Yusif Hüseynovun rəsmləri və “Azərbaycan kinosu: dünən və bu gün” adlı fotosərgi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR