Bank Of Baku

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 125 illiynə həsr edilən Plenumun açılışı keçirilib - FOTO

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 125 illiynə həsr edilən Plenumun açılışı keçirilib - <font color=red>FOTO </font>
# 29 aprel 2010 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 125 illiyinə həsr edilən xalq çalğı alətləri üçün yazılmış əsərlərdən ibarət Plenumun açılışı keçirilib. APA-nın məlumatına görə, Plenumun açılışında çıxış edən ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına nəzər salıb, görkəmli bəstəkarın Azərbaycan bəstəkarlıq məktəbində danılmaz xidmətlərindən danışıb.

Plenumda görkəmli tarzən, pedaqoq, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” not nəşrinin təqdimatı olub. Plenum çərçivəsində xalq artisti, dirijor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kamera tərkibli I konserti də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR