Bank Of Baku

Azərbaycanın muzey işçiləri “XXI əsr muzey idarəçiliyi” adlı konfransda iştirak ediblər

Azərbaycanın muzey işçiləri “XXI əsr muzey idarəçiliyi” adlı konfransda iştirak ediblər
# 30 aprel 2010 08:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın muzey işçiləri Belarusun paytaxtı Minskdə MDB ölkələri muzey mütəxəssislərinin iştirakı ilə keçirilən “XXI əsr muzey idarəçiliyi” adlı konfransa qatılıblar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri ölkədə muzey işinin inkişafı, bu işdə yeni texnologiyaların və innovasiyaların tətbiqi haqqında məruzə ilə çıxış ediblər. Azərbaycan nümayəndələri müxtəlif məsələlər üzrə müzakirələrdə fəal iştirak ediblər. Onlar muzey mütəxəssislərinin peşəkarlığının artırılması üçün treninqlərin keçirilməsinin vacibliyini, MDB ölkələri muzey nümayəndələrinin birgə əməkdaşlıq proqramlarının əhəmiyyətini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR