Bank Of Baku

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Strasburqa səfər edəcək

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Strasburqa səfər edəcək
# 30 aprel 2010 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 4-7-də Fransanın Strasburq şəhərində Avropa Şurasının mədəni irs və mədəniyyət üzrə rəhbər komitələrinin iclasları, eyni zamanda mədəniyyət üzrə rəhbər komitənin büro üzvlərinin görüşü keçiriləcək. İclaslarda Azərbaycan mədəniyyət və turizm nazirinin müavini, komitənin büro üzvü Sevda Məmmədəliyeva da iştirak edəcək.
Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, iclaslarda Azərbaycan hökumətinin təşəbbüsü ilə 2011-ci ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həyata keçirilən layihə və proqramlar, “Sənətçilər dialoq naminə” layihəsi, Avropa Şurasının Kiyev təşəbbüsü regional proqramı, Kompendium layihəsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Səfər çərçivəsində S. Məmmədəliyevanın Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmer və digər məsul şəxslərlə, həmçinin Strasburq şəhər merinin müavini Navl Rafik-Elmrini ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR