Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi bölgələrdə tamaşalar nümayiş etdirir

Musiqili Komediya Teatrının kollektivi bölgələrdə tamaşalar nümayiş etdirir
# 03 may 2010 08:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yüz illik yubiley tədbirlərini genişləndirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində tədbirlər silsiləsinə müxtəlif rayonlara səfərləri də daxil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncədə, Salyanda, Yevlaxda, Şəkidə uğurla çıxış edən kollektiv mayın 5-də Neftçala rayonunda tamaşaçılarla görüşəcək. Burada xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası nümayiş olunacaq. Neftçala səfərindən sonra başqa rayonlarda da görüşlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR