Bank Of Baku

Vyanada “Azərbaycan və Avstriya dostluq görüşü” adlı konsert keçirilib - FOTO

Vyanada “Azərbaycan və Avstriya dostluq görüşü” adlı konsert keçirilib - <font color=red>FOTO </font>
# 03 may 2010 10:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avstriyanın paytaxtı Vyana şəhərində Avropanın ən məşhur konsert salonlarından olan “Vyanakonzerthaus” (Wienerkonzerthaus) zalında “Azərbaycan və Avstriya dostluq görüşü” adlı konsert keçirilib. Konsertdə dünya şöhrətli Vyana Kamera Orkestri (Wienerkammerorchester) ilə bərabər xalq artisti, tarzən Ramiz Quliyev, müğənni Fəramərz Gərmrudi (İran), dirijor Əyyub Quliyev, Ceyhun Allahverdiyev (fortepiano) və Ramiz Quliyevin rəhbərlik etdiyi “Odlar Yurdu” ansamblı – Elşən Mansurov (kamança), Şirzad Fətəliyev (balaban, tütək, zurna) və Kamran Kərimov (nağara) iştirak ediblər. Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, Vyana Kamera Orkestri ilk dəfə Azərbaycan bəstəkarları – Ü. Hacıbəyovun, Q. Qarayevin, F. Əmirovun, həmçinin, Avstriya bəstəkarı Motsartın müxtəlif janrda yazılmış əsərlərini ifa edib.

Konsert proqramında Azərbaycan klassik muğamları və xalq mahnılarına da geniş yer ayrılıb. Bəstəkar C. Allahverdiyev tərəfindən solo vokal və kamera orkestri ücün işlənilmiş Azərbaycan xalq mahnılarının F. Gərmrudi və “Odlar Yurdu” ansamblı tərəfindən ifası da böyük marağa səbəb olub. Bununla bərabər, professor Ramiz Quliyevin Avstriya və Azərbaycan bəstəkarlarının əsərlərinin ilk dəfə olaraq “Vyanakonzerthaus” salonunda ifası alqışlarla qarşılanıb. Tanınmış Avstriya bəstəkarı Maynxard Rüdenauer tərəfindən xüsusi olaraq bu gecə üçün bəstələnmiş “The İnner Waltz” (“Ürəklərdə yaşayan Vals”) əsərinin premyerası da konsertin maraqlı məqamlarından olub. Həmin kompozisiyada müəllifin arzusu ilə Azərbaycan milli musiqi alətləri – tar və balabandan istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR