Bank Of Baku

Azərbaycanlı musiqiçi İtaliyada keçirilən vokalçıların beynəlxalq müsabiqəsində birincilik qazanıb

Azərbaycanlı musiqiçi İtaliyada keçirilən vokalçıların beynəlxalq müsabiqəsində birincilik qazanıb
# 06 may 2010 10:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı musiqiçi Cavid Səmədov İtaliyanın Matera şəhərində keçirilən Roza Ponsel adına vokalçıların X beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edib. C. Səmədov APA-ya açıqlamasında müsabiqədə dünyanın bir çox ölkələrindən musiqiçiləri iştirak etdiyini deyib. İki turdan və finaldan ibarət olan müsabiqədə azərbaycanlı musiqiçi 98 bal toplayaraq rəqiblərini geridə qoyub və birinci yerə layiq görülüb.

C. Səmədov hazırda İtaliyanın Ozimo şəhər Opera Sənəti Akademiyasında hazırlıq kursu keçdiyini bildirib: “2008-2009 illər ərzində dünyanın tanınmış opera sənəti ustalarından - Raina Kabaivanska, Uilliam Mateuzzi, Antonio Yuvarra, Serjio Seqalini, Lella Cuberli kimi sənətçilərdən ustad dərsləri almışam. Təhsil aldığım müddətdə akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak etmişəm. 2009-cu ilin iyulunda İtaliyanın Qubbio şəhərində yerləşən Antik Roma Teatrında səhnəyə qoyulmuş Q. Donizettinin “Məhəbbət elikisiri” operasında aparıcı rollardan biri olan “Belcore” partiyasını ifa etmişəm və bu, Avropada ilk professional çıxışım olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR