Bank Of Baku

Lənkəranda III Kitab Bayramı keçirilib

Lənkəranda III Kitab Bayramı keçirilib
# 07 may 2010 12:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Sabir adına Lənkəran şəhər Kitabxanasının qarşısındakı meydanda Böyük Vətən Müharibəsində qələbənin 65 illik yubileyi və Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə III ənənəvi Kitab Bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Siddiqə Rzayeva açaraq mədəniyyət və turizm nazirinin sərəncamı ilə keçirilən kitab bayramının mahiyyətindən və kitabın gənc nəslin dünyagörüşünün artırılmasında müstəsna xidmətindən danışıb.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin məsul katibi İltifat Saleh, Lənkəran Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru Yədulla Ağazadə, yazıçı Hafiz Mirzə, şair Ağamir Cavad və başqaları da çıxışlarında belə tədbirlərin əhəmiyyətindən söz açıblar.

Sonra tədbir iştirakçıları “Heydər Əliyev – 87”, “Qələbə - 65”, “Gəncə - Azərbaycanın əfsanələr paytaxtı”, “Qazax – Azərbaycanın folklor paytaxtı”, “Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı” başlıqlı kitab sərgiləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR