Bank Of Baku

Musiqi Mədəniyyəti Dövlət Muzeyində qələbənin 65 illiyinə həsr olunmuş sərgi keçirilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində qələbənin 65 illiyinə həsr olunmuş sərgi keçirilib
# 07 may 2010 13:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, muzeyin foyesində müharibə illərinə aid arxiv materiallarından ibarət sərgi nümayiş etdirilib.

Muzeyin direktoru, sənətşünaslıq elmləri namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, sərgidə muzeyin fondunda saxlanılan Üzeyir Hacıbəyliyə cəbhədən məktublar, bəstəkarın 1943-cü ildə çap olunmuş əsərləri, Soltan Hacıbəyov, Vaynşteyn, Kriştul və Hacı Nemətovun müharibə dövründə yazdığı əsərlərin müəllif not əlyazmaları, cəbhədə yaralı əsgərlər qarşısında çıxış edən aşıqlar və xanəndələrin fotoşəkilləri, proqramlar, dirijor Niyazinin orden və medalları, fəxri fərmanlar, əsgər kaskası, akkordeon və digər əşyalar sərgilənir.

Bakı Musiqi Musiqi Akademiyasının müəllimi Kəmalə Ələsgərli “1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Üzeyir Hacıbəylinin müharibə illərində yazdığı mahnıları Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Həsən Enami, Tural Ağasiyev, BMA-nın müəllimi, Daxili Qoşunların hərbi orkestrinin solisti, əməkdar artist Rəna Əliyeva ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR