Bank Of Baku

Azərbaycan Avropa Şurasının Mədəni İrs və Mədəniyyət üzrə Rəhbər Komitələrinin iclaslarında iştirak edib

Azərbaycan Avropa Şurasının Mədəni İrs və Mədəniyyət üzrə Rəhbər Komitələrinin iclaslarında iştirak edib
# 08 may 2010 08:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 4-7-də Strasburqda (Fransa) Avropa Şurasının Mədəni İrs və Mədəniyyət üzrə Rəhbər Komitələrinin iclasları, eyni zamanda Mədəniyyət üzrə Rəhbər Komitənin Büro üzvlərinin görüşü keçirilib. İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini, komitənin bürosunun üzvü Sevda Məmmədəliyeva iştirak edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, iclaslarda Azərbaycan hökumətinin təşəbbüsü ilə 2011-ci ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Şurasında aparılacaq islahatlar, həyata keçirilən layihə və proqramlar, «Sənətçilər dialoq naminə» layihəsi, Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı, Kompendium layihəsi ilə bağlı müzakirələr aparılıb. Səfər çərçivəsində S.Məmmədəliyevanın Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer və digər məsul şəxslərlə, həmçinin Strasburqun merinin müavini Navl Rafik-Elmrini ilə görüşləri də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR