Bank Of Baku

Hacı Zeynalabdin Tağıyevin ev muzeyində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib - FOTO

Hacı Zeynalabdin Tağıyevin ev muzeyində  Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO </font>
# 12 may 2010 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Hacı Zeynalabdin Tağıyevin ev muzeyində “Azərbaycan mədəniyyəti milli meyarlar, dəyərlər, adət-ənənələr, folklor və etnoqrafiyanın qorunması, gənclərə ötürülüb etdirilməsi və beynəlxalq aləmə tanıdılması” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə xalq artisti, kaman ustası Şəfiqə Eyvazova, Arif Əsədullayev, Mehri Əsədullayeva, ud ifaçısı Yasəf Eyvazov, qarmon ifaçısı Nizami Əsgərov, xalq artisti Məleykə Əsədova və başqaları iştirak ediblər. Tədbirdə çıxış edən Asif Rüstəmli, Firudin Qurbansoy və digərləri tədbirin gənclərimizin milli ruhda böyüməsində təbliğatın aparılması yönündə yüksək qiymətləndiriblər. Firudin Qurbansoy deyib ki, tarixin özü qədər qədim olan Azərbaycan hər zaman öz zəngin mədəniyyət və incəsənət sənətkarlığı ilə seçilib: “Ən qədim dövrlərdən başlayaraq əcdadlardan gələnəklərin üzərində möhkəmlənmiş və bu günə qədər zəngin təcrübə qazanmış və onları qoruyub yaşadan məhz müxtəlif sənətkarlar olub. Zəngin mədəniyyətimiz, incəsənətimiz dünyanın bir çox ölkələrində layiqincə təmsil olunur. Tarixi keçmişimizi, mədəniyyətimizi bilmədən, öyrənmədən gələcəyi bilmək çox çətindir”.

Tədbirdə muzeyin foyesində bölgələr üzrə xalq yaradıcılığına aid olan sənətkarlıq nümunələri də sərgilənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR