Bank Of Baku

Maqbet Bünyatov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Mərahim Fərzəlibəyov isə teatrın baş rejissoru vəzifəsindən azad edilib

Maqbet Bünyatov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Mərahim Fərzəlibəyov isə teatrın baş rejissoru vəzifəsindən azad edilib
# 13 may 2010 13:55 (UTC +04:00)
Bununla bağlı teatr rəhbərliyinin bu gün keçirilən yığıncağında qərar qəbul olunub. Bu barədə APA-ya Maqbet Bünyatov özü məlumat verib. Teatrın direktoru vəzifəsinə isə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov təyin olunub.

Yığıncaqda qəbul olunan digər qərara əsasən Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Mərahim Fərzəlibəyov bundan sonra rejissor vəzifəsini tutacaq. Baş rejissor vəzifəsinə isə hələlik təyinat olunmayıb.

M. Bünyatov təqaüd yaşının çatdığını bildirib və deyib ki, o, 2009-2019-ci illərdə Azərbaycan teatrının inkişafına dair Dövlət Proqramının 2.12 və 2.14 bəndlərinin icrasını təmin etmək məqsədi ilə nəşr layihələrinin hazırlanması üzrə 3 nəfərdən ibarət İşçi Qrupunun rəhbəri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR