Bank Of Baku

“Mənim doğma vətənim” fotomüsabiqəsinin yekunlarına həsr edilmiş foto sərgi keçirilib - FOTO

“Mənim doğma vətənim” fotomüsabiqəsinin yekunlarına həsr edilmiş foto sərgi keçirilib - <font color=red>FOTO</font>
# 13 may 2010 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün İçərişəhərdə yeni açılan İncəsənət Bağında “Mənim Doğma Vətənim” fotomüsabiqəsinin yekunlarına həsr edilmiş foto sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev sərginin keçirilməsində əsas məqsədin respublikada foto sahəsində istedadlı gənclərin üzə çıxması, bu sahəyə gənclərin marağının artması, gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkili, eyni zamanda yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılmasının olduğunu diqqətə çatdırıb: “Bu sərgi "Avropa: Ümumi İrs" və "Avropa Mədəni İrs Günləri" kampaniyası çərçivəsində, 2010-cu ilin aprel-may aylarında respublikanın əksər regionlarını əhatə etmiş gənc fotoqraflar arasında “Mənim Doğma Vətənim” müsabiqəsi başlığı altında keçirilib. Müsabiqəyə 1000 yaxın şəkil təqdim olunub ki, burada keçirilən sərgidə onlardan 400-ü seçilib. Sərgidən sonra münsiflər heyəti son qərarını verərək, qalib gəlmiş fotoşəkilləri İspaniyanın Barselona şəhərində dərc olunaraq bütün Avropa ölkələrinə yayılan kataloqda nəşr edilməsi üçün oraya göndərəcəklər”. İ. Babayev deyib ki, eyni zamanda qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən diplomlarla təltif olunacaqlar.

İçərişəhərdə təşkil edilən foto-sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, memarlıq abidələri, eləcə də təbii irsini əks etdirən fotoşəkillər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR