Bank Of Baku

Çingiz Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru təyin edilib

Çingiz Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru təyin edilib
# 13 may 2010 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə yeni direktor təyinatı olub. APA-nın məlumatına görə, əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Çingiz Fərzəliyev Dövlət İncəsənət Muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, mayın 13-də Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında bir sıra qərarlar qəbul olunub. Dövlət Akademik Milli Teatrının direktoru Maqbet Bünyatov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Bu vəzifəyə isə R. Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov təyin edilib. Kollegiya iclasında teatrın baş rejissoru Mərahim Fərzəlibəyov da vəzifəsindən çıxarılıb. M. Bünyatov və M. Fərzəlibəyov tutduqları vəzifələrdən öz ərizələri ilə azad olunduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR