Bank Of Baku

Regionlarda “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminarlar keçirilir

Regionlarda “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminarlar keçirilir
# 14 may 2010 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarları keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarlar Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində, habelə Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunub. Nazirliyin təşəbbüsü ilə həyata keçirilən bu layihə il ərzində davam edəcək. Seminarlar zamanı “Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri”, “Mədəniyyət siyasətinin xüsusiyyətləri”, “Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması”, “Mədəniyyət və təbliğat”, “Mədəniyyət və diplomatiya”, “Milli Azərbaycan mədəniyyəti”, “Azərbaycan mədəniyyətinin tarixi” kimi mövzular ətrafında geniş diskussiyalar aparılır.
Nazirliyin bu cür təşəbbüsləri regionlarda çalışan əməkdaşların təfəkkürünün müasirləşməsi, yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsi və mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensiallarının geniş iştirakının təmin olunmasında böyük əhəmiyyətə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR