Bank Of Baku

“Azərbaycan incəsənəti – təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq” 1-ci cild kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan incəsənəti – təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq” 1-ci cild kitabının təqdimat mərasimi keçirilib
# 14 may 2010 16:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Azərbaycan İncəsənəti – təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq” (uşaqlar üçün ensiklopedik məlumat kitabı) 1-ci cild kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap olunub. Təqdimat mərasimində çıxış edən “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiyası İctimai birliyinin və layihənin rəhbəri Nurəddin Mehdiyev bildirib ki, təqdim olunan kitab “Vətənimizi öyrənmək” seriyasından çap olunan birinci cildidir, yaxın gələcəkdə kitabın II və III cildləri də hazırlanacaq. Layihə çərçivəsində “Azərbaycan incəsənəti – təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq” kitabının Bakıda və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutulur. 2500 tirajla buraxılan kitab “Letterpress” nəşriyyat evi tərəfindən çap olunub. Kitabın tərtibçiləri əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur. Təqdimat mərasimində çıxış edən gənclər və turizm naziri Azad Rəhimov kitabı çox yüksək qiymətləndirib. O bildirib ki, təqdim olunan kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanıb. A. Rəhimov kitabın ingilis dilində çapına da ehtiyac olduğunu qeyd edib və bu yöndə rəhbərlik etdiyi nazirliyin lazımi yardıma hazır olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR