Bank Of Baku

Prezident İlham Əliyev Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 14 may 2010 19:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası prezidenti İlham Əliyev ustad sənətkar Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin təntənəli surətdə keçirilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR