Bank Of Baku

Azərbaycan Dövlət Film Fondu ilə Ukrayna Dövlət Kino Arxivi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Film Fondu ilə Ukrayna Dövlət Kino Arxivi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 17 may 2010 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondu ilə Ukrayna Dövlət Kino Arxivi arasında qarşılıqlı əməkdaşlıq, filmlərin qorunması və bərpası haqqında müqavilə imzalanıb. Bu barədə APA-ya Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. O, müqaviləni Kiyevdə Ukrayna Dövlət Kino Arxivinin direktoru Natalya Tapişko ilə imzaladığını deyib.

Qeyd edək ki, C. Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukrayna Dövlət Kino Arxivinə ezamiyyəti mayın 16-da başa çatıb. Səfər zamanı Ukrayna Kino Arxivindən Azərbaycan və Bakı ilə bağlı 20-30-cu illərə aid qiymətli foto sənədlərin surətləri aşkarlanıb. Həmin foto sənədlərin surətləri Azərbaycan Dövlət Film Fonduna təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR