Bank Of Baku

Bakıda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunacaq

Bakıda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunacaq
# 17 may 2010 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. 18 may Beynəlxalq Muzeylər Günü və Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbüsü ilə “Muzeylər gecəsi” aksiyası bir-birindən maraqlı tədbirlərlə təntənəli şəkildə qeyd edilir. Bu ilki aksiya “Cəmiyyətdə sosial ahəngin yaradılmasında muzeyin rolu” devizi altında keçirilir və muzeylərin həyatımızda tutduğu sosial mövqeyi əks etdirir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Bakıda da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Qobustan Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin Ev -Muzeyi, Səməd Vurğunun Ev -Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin təşkilatçılğı ilə “Üzeyir dünyası muzeylərdə” adlı silsilə tədbirlər keçiriləcək. Bu ilki mövzunun məhz Üzeyir Hacıbəyliyə həsr olunması təsadüfi deyil. Belə ki, bu il Üzeyir Hacıbəylinin 125 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir. Muzeylərin ölkənin ictimai-mədəni həyatında tutduğu mövqeyi nəzərə alaraq Muzeylər Gününün əsas mövzusu Şərqdə və Azərbaycanda yaradılmış ilk operanın banisi Üzeyir Hacıbəylinin şəxsiyyətidir. İki hissədən ibarət olan tədbirin birinci hissəsində məhəbbət mövzusunda xalçalardan ibarət sərgi təşkil olunacaq. Sərgidə XIX əsr Qarabağ qrupuna aid “Leyli və Məcnun”, Eldar Mikayılzadənin “Şəbi-hicran” seriyalı xalçaları nümayiş etdiriləcək, “Nizami obrazları xalçalarda” mövzusunda slayd -şou təqdim olunacaq. Tədbirlər silsiləsinin ikinci hissəsində “Qobelenlər- dünən, bu gün” mövzusunda peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi keçiriləcək. Modelyer Minarə Quliyevanın təqdimatında milli geyimlərdə və libaslarda xalça interpretasiyası nümayiş olunacaq. Daha sonra dahi bəstəkarın “Arşın mal alan” operettasından və “Leyli və Məcnun” operasından qızların xoru, “Səni tərənnüm edirəm Azərbaycanım” - xalq və müəllif mahnıları muzeyin vokal qrupunun ifasında səslənəcək. Təntənəli açılış mayın 18-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR