Bank Of Baku

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Üzeyir dünyası muzeylərdə” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Üzeyir dünyası muzeylərdə” adlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 18 may 2010 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Üzeyir dünyası muzeylərdə” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, son illər Azərbaycanda muzey işinə diqqət çoxalıb. Son 4 il ərzində ölkədə 34 yeni muzey yaradılıb, ekspozisiyaları təzələnib, beynəlxalq əlaqələri güclənib. 2006-cı ildən bu günə qədər dövlət başçısı tərəfindən muzeylərlə bağlı 7 sərəncam imzalanıb. Son illər muzeylər mədəni, tərbiyəvi mərkəz rolunu oynayır.

Tədbirin birinci hissəsində məhəbbət mövzusunda xalçalardan ibarət sərgi təşkil olunub. Sərgidə XIX əsr Qarabağ qrupuna aid “Leyli və Məcnun”, E. Mikayılzadənin “Şəbi-hicran” xalçaları nümayiş etdirilib. Sonra “Leyli və Məcnun” operasının müşayiəti ilə “Nizami obrazları xalçalarda” mövzusunda slayd-şou təqdim olunub.

Tədbirin ikinci hissəsində isə peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR