Bank Of Baku

Bakıda İrina Zaqovorçevanın Müslüm Maqomayevə həsr etdiyi əsərlərdən ibarət sərgi açılıb

Bakıda İrina Zaqovorçevanın Müslüm Maqomayevə həsr etdiyi əsərlərdən ibarət sərgi açılıb
# 18 may 2010 16:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rusiyalı rəssam İrina Zaqovorçevanın “Müslüm Maqomayev. Sən mənim melodiyamsan” adlı fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən rəssam bildirib ki, sərgilənmiş əsərlərin hamısı Müslüm Maqomayevə həsr olunub. Əsərlər üzərində bir il ərzində işlədiyini deyən İ. Zaqovorçeva, bildirib ki, bu, keçən il keçirilən sərginin davamıdır. «Keçən ilki sərginin ilk nümayişi Moskvada, davamı isə Bakıda olmuşdu, bu dəfə isə sərgiyə Müslüm Maqomayevin çox sevdiyi Bakıdan başlamaq istədim”. Sərgidə 45-ə yaxın boyakarlıq, qrafika və foto əsəri nümayiş etdirilir.

Qeyd edək ki, bu sərgi İrina Zaqovorçevanın 55-ci fərdi sərgisidir.

Tədbirdə çıxış edən rejissor Eldar Quliyev rəssam İrina Zaqovorçevaya dostluq etdiyi Müslüm Maqomayevin xatirəsinə belə sədaqətli olduğuna görə minnətdarlığını bildirib: “Maqomayevin bəslədiyi “Əlvida, Bakı” adlı son mahnısı bütün bakılılara ünvanlanmış vəsiyyətdir”.

Tədbirdə Sankt Peterburqun Mariinski Teatrının solisti, həmyerlimiz Teymur Abdikeyev və Bakı Musiqi Akademiyasının tələbələri Müslüm Maqomayevin repertuarından mahnılar və romanslar səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR