Bank Of Baku

Sumqayıt Tarixi Muzeyinin açılış mərasimi keçirilib

Sumqayıt Tarixi Muzeyinin açılış mərasimi keçirilib
# 20 may 2010 11:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sumqayıt şəhər Tarixi Muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində İH başçısı Vaqif Əliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın Aktau şəhərinin rəhbəri Ospan Qazaxbayevin rəhbərlik etdiyi nümayəndə heyəti və şəhər ictimaiyyəti iştirak edib.

V. Əliyev muzeydə görülən işlər barədə ətraflı məlumat verib və son illər ərzində Sumqayıtın mədəni həyatında belə tədbirlərin keçirilməsinin ənənə halını aldığını vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə şəhər sakinlərini təbrik edib və muzeyin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, 1967-ci ildə yaradılan Sumqayıt Tarixi Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrə qədər olan vaxtı əhatə edir. Muzeyin fondunda 15 mindən artıq eksponat mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR