Bank Of Baku

Bakıda Misir Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib

Bakıda Misir Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib
# 20 may 2010 16:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıda Misir Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərkəzin direktoru Adel Darviş təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyəti və mədəni əlaqələrin inkişafında gördüyü işlər barədə məlumat verib.

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Saber Mansour bildirib ki, Azərbaycanla Misir arasında əlaqələr qədim dövrlərə söykənir. Bu əlaqələrin möhkəmlənməsində İslam dinindən gələn ənənələrin də əhəmiyyətli rolu var. O, əlaqələrin tarixinə misal olaraq 1958-ci ildə Misir prezidenti Camal Əbdül Nasirin SSRİ-nin tərkibində olan Azərbaycana səfərini göstərib.

Misirin ali təhsil nazirinin birinci müavini Mohammed Jaber Abou Ali iki ölkə arasında elm-təhsil sahəsində də müsbət addımların atıldığını diqqətə çatdırıb. O, ərəb dilinin Azərbaycanda tədrisinin yüksək səviyyədə olmasına diqqət yönəldib. Nazir müavini deyib ki, əlaqələrin ictimai şəkildə də inkişaf etdirilməsi məqsədilə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılması istiqamətində də işlər aparılır: “Bu məsələdə azərbaycanlı alim Vasim Məmmədəliyev və Misir Mədəniyyət Mərkəzi zəruri işlər aparır. İnanıram ki, cəmiyyət xalqların bir-birini tanımasına müsbət töhfə verəcək”.

Sonra mərasim misirli incəsənət ustalarının çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR