Bank Of Baku

Mayın 26-da Bakıda “Qız qalası” beynəlxalq incəsənət festivalı keçiriləcək

Mayın 26-da Bakıda “Qız qalası” beynəlxalq incəsənət festivalı keçiriləcək
# 24 may 2010 12:01 (UTC +04:00)
Bakı-APA. Mayın 26-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” art qalereyasının birgə təşkilatçılığı ilə “Qız qalası” beynəlxalq incəsənət festivalına start veriləcək. APA-nın məlumatına görə, beynəlxalq incəsənət festivalı Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının dünyada tanınması və populyarlaşdırılması məqsədini daşıyır.

YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş İçəri Şəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır. Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar. 26-28 may tarixlərində İçəri Şəhərə, Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR