Bank Of Baku

Eurovision-2010” Mahnı Müsabiqəsinin I yarımfinalının 10 finalçısı məlum olub – FOTOSESSİYA

Eurovision-2010” Mahnı Müsabiqəsinin I yarımfinalının 10 finalçısı məlum olub –<font color=red> FOTOSESSİYA</font>
# 26 may 2010 01:00 (UTC +04:00)
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bugünkü ilk yarımfinalda 17 ölkə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. I yarımfinalda sıralanma ilə Moldova, Rusiya, Estoniya, Slovakiya, Finlandiya, Latviya, Sebiya, Bosniya və Hersoqovina, Polşa, Belçika, Malta, Albaniya, Yunanıstan, Portuqaliya, Makedoniya, Belarus və İslandiya çıxış ediblər. “Eurovision-2010” müsabiqəsinin I yarımfinalının aparıcılıq missiyasını Nadya Hasnaoui, Erik Solbakken və Haddy Njien idarə edib.

Yarımfinalda səsvermədən əvvəl canlı yayımla qoşulan “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius gözəl gecəyə görə aparıcılara təşəkkür edib. Daha sonra sözü Svante Stokselius I yarımfinalın nəticələrini açıqlamaq üçün estafeti aparıcılar verib.

I yarımfinalda 10 ölkə - Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Belçika, Albaniya və İslandiya finala vəsiqə qazanıb.

“Eurovision-2010” yarışmasında hər iki yarımfinal və finalda həm tamaşaçı, həm də münsif səsverməsindən istifadə olunur.

Onu da əlavə edək ki, I yarımfinala tamaşaçı qismində Azərbaycan müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə də qatlıbı. Azərbaycan təmsilçisi Səfurə Əlizadə isə mayın 27-də keçiriləcək II yarımfinalda fianal çıxmaq uğrunda 16 ölkə ilə birgə mübarizə aparacaq. Mayın 27-də keçiriləcək II yarımfinalda Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya çıxış edəcəklər.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR