Bank Of Baku

Gəncədə uşaqların əl işlərindən ibarət sərgi keçirilib

Gəncədə uşaqların əl işlərindən ibarət sərgi keçirilib
# 27 may 2010 08:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar UAFA-nın (Azərbaycana birgə Yardım Təşkilatı) Gəncə Mərkəzi “Mən də varam” adlı sərgi keçirib. APA-nın məlumatına görə, sərgidə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də onların valideynlərinin əl işlərindən nümayiş olunub.

Gəncə icma tipli reabilitasiya mərkəzinin xidmətlərindən istifadə edən xüsusi qayğıya ehtiyaclı uşaqlar respublika səviyyəli sərgi və festivallara qatılaraq bir çox mükafatlara layiq görülüblər.

Sərginin təşkil olunmasında məqsəd əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların fəaliyyət qabiliyyətini üzə çıxarmaqdır. Sərgi Gəncə Rəsm Qalereyasında təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR