Bank Of Baku

Bakıda “Uğur Zirvəsi” Milli Mükafatının təqdimat mərasimi keçirilib

Bakıda “Uğur Zirvəsi” Milli Mükafatının təqdimat mərasimi keçirilib
# 27 may 2010 09:32 (UTC +04:00)
Bakı - APA. Mayın 26-da Bakıda “Uğur Zirvəsi” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, “Movida Plaza” sarayında keçirilən təqdimat mərasimində bir sıra nominasiyalar üzrə diplomlar təqdim olunub.

Qaliblər arasında APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı da var. O, “Operativ və dolğun informasiya çatdıran media-holdinqi bacarıqla idarə etdiyinə görə” “Uğur Zirvəsi” Milli Mükafatına layiq görülüb.

Daha sonra mükafatın təsisçisi “Mediya” firmasının prezidenti Səadət Rəşidqızı digər nominasiyalar üzrə mükafat və diplomları təqdim edib. Mükafatçılar arasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, millət vəkili Gülər Əhmədova, şair Baba Vəziroğlu, bəstəkar Xanım İsmayılqızı və başqaları da olub.

Tədbirin bədii hissəsində müğənni Mətanət İsgəndərli, “Xan” və “Kristal” qrupları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR