Bank Of Baku

Bakıda “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir - FOTOSESSİYA

Bakıda “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 27 may 2010 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Müasir İncəsənət Muzeyinin və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Bakıda “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, festival mayın 29-dək davam edəcək.

Festival Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının populyarlaşdırılmasını qarşısına məqsəd qoyub. Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz milli üslublarında qalanın maketlərini naxışla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar. Bakı sakinləri və paytaxtın qonaqları üçün İçəri Şəhərdə rəssamların işlərindən ibarət sərgi təşkil ediləcək. Festivalda nümayiş etdirilən işlər dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR