Bank Of Baku

Qətərdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Qətərdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 29 may 2010 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 31-dən iyunun 4-dək Qətər dövlətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qətərə gedəcək 150 nəfərlik nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edəcək.

Mədəniyyət Günlərinin zəngin proqramı çərçivəsində Qətər tamaşaçılarına Qədim Musiqi Alətləri Ansamblının, Dövlət Rəqs Ansamblının çıxışları, “Leyli və Məcnun” operası təqdim olunacaq. Qətərin paytaxtı Doha şəhərində incəsənət xadimlərinin iştirakı ilə geniş konsert təşkil olunacaq, Azərbaycan rəssamlarının 40-a yaxın əsəri, xalq tətbiqi-dekorativ sənət nümunələrindən xalçalar, mis qablar, milli geyimlər nümayiş etdiriləcək.

Xatırladaq ki, Azərbaycanda Qətər Mədəniyyət Günləri ötən ilin iyununda keçirilib. Qarşılıqlı mədəniyyət mübadiləsi bundan sonra da davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR