Bank Of Baku

Bakıda “Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu keçirilib – FOTO

Bakıda “Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu keçirilib – <font color=red>FOTO </font>
# 03 iyun 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət - ənənələr və müstəqil dövlətə sahib olan xalqın inkişafında və onun özünəməxsusluğunun qorunub saxlanılmasında əvəzolunmaz əhəmiyyətə malik olan kulturologiya elminin inkişafı üçün lazımi şəraitin yaradılmasının olduqca önəmli olduğunu diqqətə çatdırıb: “Mədəniyyət və Turizm Nazirliyi yarandığı ilk gündən etibarən mədəniyyət siyasətinin reallaşmasında elmin potensiallarını və elmi metodlara müraciəti, habelə elmi qurumlar ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib vəzifə kimi müəyyən edib. Belə ki, mədəniyyət siyasətinin həyata keçirilməsində elmin potensiallarına müraciət olunma hallarının genişlənməsi və bu sahədə təşəbbüslərin dəstəklənməsi məsələləri nazirliyin qarşısında duran prioritet vəzifələrdəndir. Sözsüz ki, mədəniyyət siyasəti kontekstində ən böyük əhəmiyyətə malik olan elm kulturologiyadır”. S. Məmmədəliyeva forumun Azərbaycanda mədəniyyətin təbliğini, təşviqini, qorunmasını və elmi tədqiqatların inkişafını təmin etmək məqsədilə keçirildiyini qeyd edib.

Forumda 12 rəsmi dövlət qurumu, habelə elm və təhsil müəssisələri təmsil olunub. Respublikanın tanınmış alimləri ilə yanaşı Belarus, Rusiya və Qazaxıstanın alimləri də forumda iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR