Bank Of Baku

“Oğru cənnətdə, yaxud Vinçenso de Pretore” tamaşasının premyerası keçiriləcək

“Oğru cənnətdə, yaxud Vinçenso de Pretore” tamaşasının premyerası keçiriləcək
# 04 iyun 2010 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində ilk dəfə olaraq məşhur italyan dramaturqu, aktyoru və rejissoru Eduardo de Filipponun əsəri səhnələşdirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Oğru cənnətdə”, yaxud digər adı ilə “Heç kəs” adlanan pyes “Oğru cənnətdə, yaxud Vinçenso de Pretore” adı altında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyeva, bədii rəhbəri əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşa “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Tamaşanın premyerası iyunun 7-də və 10-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR