Bank Of Baku

Krımda keçirilən XVII Beynəlxalq Krım Konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edir – FOTO

Krımda keçirilən XVII Beynəlxalq Krım Konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edir – <font color=red>FOTO </font>
# 07 iyun 2010 07:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı işə başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Bu il konfransda Elektron kitabxanaların istifadəçiləri və işləyib hazırlayanları Assosiasiyasının (ELNİT) rəyasət heyəti seçiləcək. Azərbaycandan 25-dən çox kitabxana, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi ELNİT Assosiasiyasının üzvüdür. 18 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanasının, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzinin, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir. Konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq. Beynəlxalq Konfransda 130-dan çox ölkənin 2 minə yaxın nümayəndəsi iştirak edir. Konfransın 1-ci günündə Qaradağ auditoriyasında Azərbaycan kitabxanaçıları uğur və nailiyyətlərindən danışılacaq, milli geyimli Azərbaycan qızları Azərbaycanın kitab mədəniyyətini nümayiş etdirəcəklər. Konfransın açılışı ilə əlaqədar nazirliyin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın konfransın Təşkilat Komitəsinin sədri L.Y.Şrayberqin adına təbrik məktubu oxunulacaq. Konfrans iyunun 12-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR